Pakistanlı Nobel mükafatı laureatına qarşı sui-qəsd edənlərə hökm oxunub
Digər ölkələr
- 30 aprel, 2015
- 11:24
Bakı. 30 aprel. REPORT.AZ/ Pakistan məhkəməsi dünyada ən gənc Nobel Sülh Mükafatı laureatı Malala Yusifzaiyə sui-qəsd edənlərə ömürlük həbs cəzası verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Pakistanın şimal-qərbində yerləşən Svat rayonunun Antiterror Məhkəməsi qərar çıxarıb.
Məlumatda qeyd olunub ki, 2012-ci il oktyabrında 15 yaşlı məktəbli Malala Yusifzaya qarşı sui-qəsddə on nəfər iştirak edib.
M.Yusifzainin 11 yaşı olanda internetdəki bloqunda "Gül makay" təxəllüsü ilə qızların oxumasını qadağan etdiyi üçün "Taliban" hərəkatına qarşı tənqidi yazılar yayıb. Elə bu fəaliyyətinə görə "Taliban" ona qarşı terror təşkil edib və məktəbli qız ağır yaralanıb. Sui-qəsddə iştirak edənlər 2014-cü ilin sentyabrında tutulublar.
Son xəbərlər
17:55
Olimpiya mükafatçısı Sergey Jelanov atletika üzrə Azərbaycan millisinin məşqçilər heyətinə qoşulub
Fərdi17:35
Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri avqustda 14 %-ə yaxın artıb
İKT17:34
Ceyms Milner məşqçilik karyerasına başlamaq üçün "Liverpul"un akademiyasına qayıdıb
Futbol17:29
Aleksandar Vuçiç prezident postundan istefa niyyətinin səbəblərini açıqlayıb
Digər ölkələr17:29
Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
Digər ölkələr17:23
Foto
Bakıda Azərbaycan ilə BƏƏ-nin muzey təcrübəsinə həsr olunan tədbir keçirilib
Xarici siyasət17:17
Foto
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Xarici siyasət17:16
Qazaxda bədii gimnastika üzrə "Grace of Nature" turniri keçiriləcək
Fərdi17:16
Foto