Pakistanın yeni hökuməti and içib

Pakistanın yeni hökuməti and içib Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Pakistan prezidenti Məmnun Hüseyn yeni hökumətin andiçməsini qəbul edib.
Digər ölkələr
20 Avqust , 2018 11:08
Pakistanın yeni hökuməti and içib
AP Photo / Anjum Naveed
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Bu gün Pakistan prezidenti Məmnun Hüseyn yeni hökumətin andiçməsini qəbul edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni tərkibi 20 nəfərdən ibarətdir. 

Bunlardan 15-i nazir, 5-i isə baş nazirin müşavirləridir. Şah Mahmud Kureşi xarici işlər naziri, Pervez Khatak müdafiə naziri, Məhəmməd Faruk Nasim ədliyyə naziri, Əsəd Umar maliyyə naziri, Zubayda Cəlal müdafiə sənayesi naziri vəzifəsini tutublar. 

Qeyd edək ki, Pakistanın yeni baş naziri İmran Xan avqustun 19-da hökumətin yeni tərkibini təsdiqləyib. 

Son xəbərlər

Orphus sistemi