Pakistanın şimalında leysan yağışı 14 nəfərin həyatına son qoyub

Pakistanın şimalında leysan yağışı 14 nəfərin həyatına son qoyub Təbii fəlakətdən daha çox Pəncab əyaləti ziyan çəkib
Digər ölkələr
5 İyul , 2018 11:54
Pakistanın şimalında leysan yağışı 14 nəfərin həyatına son qoyub
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ / Pakistanın şimal rayonlarında baş verən leysan yağışı nəticəsində ən azı 14 nəfər ölüb, 19 nəfər yaralanıb. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Təbii Fəlakətin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarə (NDMA) xəbər verir ki, təbii fəlakətdən daha çox Pəncab əyaləti ziyan çəkib, burada ölənlərin sayı 12 nəfərə çatıb, daha 17 nəfər yaralanıb.

Bundan başqa, 2 nəfər Hayber-Pahtunhva əyalətində həlak olub.

Bildirilir ki, əksər hallarda yığılmış suyun ağırlığına dözməyən yaşayış evlərinin damının uçması, həmçinin ağacların və elektrik dirəklərinin aşması insan tələfatına səbəb olub.

Son xəbərlər

Orphus sistemi