Pakistan paytaxtında naməlum silahlılar hücum edib, iki polis ölüb

Pakistan paytaxtında naməlum silahlılar hücum edib, iki polis ölüb Pakistanın paytaxtı İslamabadda naməlum şəxslərin hücumu nəticəsində iki polis əməkdaşı ölüb
Digər ölkələr
4 İyun , 2021 11:34
Pakistan paytaxtında naməlum silahlılar hücum edib, iki polis ölüb

Pakistanın paytaxtı İslamabadda naməlum şəxslərin hücumu nəticəsində iki polis əməkdaşı ölüb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Pakistanın daxili işlər naziri Şeyx Raşid Əhməd açıqlama yayıb.

Onun sözlərinə görə, İslamabadda terrorçuların fəaliyyəti artıb: “İyunun 4-də gecə saatlarında iki polis əməkdaşı şəhid olub. 2018-ci ildən indiyədək paytaxtda 9 polis əməkdaşı şəhid edilib”.

Nazir bildirib ki, Əfqanıstanla sərhəddə hücumların qarşısını almaq məqsədi ilə hörülən divarın böyük qismin işlər tamamlanıb: “İşlərin az bir hissəsi yaxın 2 ayda başa çatacaq”.

O, Pakistanla İran sərhədində də divar hörülməsinin bir ilə başa çatacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi