Pakistanın paytaxtı İslamabadda Marqalla-Hills Milli Parkında genişmiqyaslı yanğınsöndürmə əməliyyatı ardıcıl ikinci gündür ki, davam edir.
“Report”un məlumatına görə, bu barədə “The News” qəzeti xəbər verib.
Qeyd olunub ki, Pakistan ordusunun aviasiya eskadrilyaları və helikopterləri yanğının daha da genişlənməsinin qarşısını almaq üçün əlavə səylər göstərir.
Yanğın 3-cü magistral ərazisində başlayıb və daha sonra magistral 5-ə keçib. Yanğınsöndürmə əməliyyatına 65-dən çox yanğınsöndürən, 6 hava eskadronu və Pakistan ordusunun helikopterləri cəlb olunub və artıq 3-cü magistral yolda yanğını söndürməyə müvəffəq olub.
Hadisənin səbəbləri hələlik məlum deyil. Yanğın nəticəsində insan tələfatı barədə məlumat verilmir.