Pakistanın ədliyyə naziri istefa verib

Pakistanın ədliyyə naziri istefa verib Bakı. 27 noyabr. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda dini fəallar ölkənin ədliyyə naziri Zahid Həmidin vəzifəsindən istefa verməsindən sonra etiraz aksiyalarını dayandırmaq barədə razılığa gəliblər. 
Digər ölkələr
27 Noyabr , 2017 11:14
Pakistanın ədliyyə naziri istefa verib
Bloomberg

Bakı. 27 noyabr. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda dini fəallar ölkənin ədliyyə naziri Zahid Həmidin vəzifəsindən istefa verməsindən sonra etiraz aksiyalarını dayandırmaq barədə razılığa gəliblər. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, Z.Həmid seçki qanunvericiliyinə dəyişikliklər edilməsinin əleyhinə çıxan dini fəalların İslamabadda bitməyən etiraz aksiyaları fonunda könüllü istefa verib.

Mənbələrin məlumatına görə, nümayişçilərlə səlahiyyətlilər arasında əldə edilən razılaşmaya əsasən, hökumət 30 gün ərzində Pakistanda kütləvi etiraz aksiyalarının başlıca səbəbi olan seçki qanunvericiliyinə edilən dəyişikliklərin təhlilini dərc etdirməyi öhdəsinə götürüb.

Razılaşmaya görə, insidentin yaranmasında təqsirli olanlar ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar. Bununla yanaşı, müqavilədə noyabrın 6-dan sonra həbs edilən bütün dini fəalların azad ediləcəyi, onlara qarşı cinayət işlərinin bağlanılacağı ilə bağlı maddə də var.

Son xəbərlər

Orphus sistemi