Yuxarı

Pakistanda zəlzələ nəticəsində 13 nəfər ölüb

Ölən və xəsarət alanların sayının artacağı istisna edilmir

Bakı. 26 oktyabr. REPORT.AZ/ Episentri Əfqanıstanda olan zəlzələ nəticəsində Pakistanda azı 13 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu haqda "DAWN" məlumat yayıb.

Məlumata görə, aralarında uşaqlar da olmaqla, 6 nəfər Pakistanın Heybə-Paxtunhva əyalətinin Svat rayonunda, 4 nəfər Bacaur rayonunda yaşayış binasının uçması nəticəsində ölüb. Pəncab əyalətinin Kallar Kahar rayonunda bir uşaq, Kasure rayonunda isə yaşayış binasının damının çökməsi nəticəsində bir nəfər həyatını itirib. Sarqodha şəhərində divarın uçması nəticəsində bir nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Xəbərdə bildirilib ki, Svat rayonundakı xəstəxanaya 194 nəfər yaralı, Peşavar şəhərindəki xəstəxanaya isə yüzdən çox xəsarət alan yerləşdirilib.

Ölən və xəsarət alanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, bu gün səhər saatlarında Əfqanıstanın Pakistan və Hindistanla sərhədində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Hindistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanda da hiss edilib.

Xatırladaq ki, əvvəlcə zəlzələnin episentrinin Pakistanda olduğu haqda xəbər yayılmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi