Pakistanda müstəqillik günü partlayış olub, 13 nəfər ölüb, yaralılar var

Digər ölkələr
  • 14 avqust, 2021
  • 23:57
Pakistanda müstəqillik günü partlayış olub, 13 nəfər ölüb, yaralılar var

Pakistanın cənubundakı Kəraçi şəhərində yük maşınında partlayış olub.

“Report”un məlumatına görə, bu barədə polisə və xilasetmə xidmətlərinə istinadən “Geo TV” telekanalı bildirib.

Hadisə nəticəsində 13 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

Polisin məlumatına görə, hadisə zamanı qumbara istifadə edilib. Bunu partlayıcı vasitənin hadisə yerində aşkar edilmiş qalıqları göstərir.

"Biz konkret deyə bilmirik ki, hücumun arxasında kim dayanır. Bu, ailə münaqişəsi də ola bilər. Biz onun ailə münaqişəsi və ya terror aktı olmasını müəyyənləşdirməyə çalışırıq. Amma hələ sübut yoxdur, dəqiq nəsə demək olmaz, - polis rəsmisi İmran Yaqub deyib.

O etiraf edib ki, Müstəqillik Gününün qeyd edilməsi ilə əlaqədar küçələrədə insan çox olub. Hazırda polis qumbaranın yük maşınının içində olduğunu və ya onun avtomobilə atıldığını müəyyən etməyə çalışır.

44 - Tezliklə