Pakistanda rekord sayda yoluxma faktı qeydə alındı

Pakistanda rekord sayda yoluxma faktı qeydə alındı Pakistanda günlük rekord sayda – 5 385 yoluxma halı aşkarlanıb.
Digər ölkələr
10 İyun , 2020 14:23
Pakistanda rekord sayda yoluxma faktı qeydə alındı

Pakistanda günlük rekord sayda – 5 385 yoluxma halı aşkarlanıb.

“Report” “Arab News”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkədə eyni dövr ərzində 83 nəfər pandemiyanın qurbanı olub.

Beləliklə, Cənubi Asiya ölkəsində indiyədək 113 702 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 255 nəfəri ölüb, 36 308 nəfəri sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 414 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi