Yuxarı

Pakistanda qar uçqunu: iki məktəbli həlak olub

İtkin düşənlər 20 saatdan çox qar altında qalıblar

Bakı. 20 mart. REPORT.AZ/ Pakistan mətbuatının verdiyi xəbərə ğörə, Xayber-Paxtunxva əyalətində qar uçqunu nəticəsində iki məktəbli həlak olub, doqquzu isə itkin düşüb.

Yerli polis bildirib ki, şagirdlər dərsdən sonra evlərinə qayıtmadıqlarına görə onların axtarışına başlanıb. İki nəfər tapılıb, doqquzunun axtarışları isə davam edir. Onların sağ tapılmasına güman çox azdır. İtkin düşənlər 20 saatdan çox qar altında qalıblar. Belə vəziyyətdə məktəblilərin sağ qalmaq şansı çox azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi