Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb

Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb Partlayışı intiharçı-kamikadze törədib
Digər ölkələr
24 İyul , 2017 16:54
Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb
Geo.tv

Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.

“Report” “GeoTV”yə istinadən xəbər verir ki, bunu polis idarəsindən bildiriblər.

Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.

Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. 

Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında asayiş keşikçiləri də var. 

Son xəbərlər

Orphus sistemi