Yuxarı

​Pakistanda partlayış olub, 11 nəfər yaralanıb

Sapyorlar bombada 600 qram partlayıcı maddənin olduğunu bildiriblər

Bakı. 5 iyul. REPORT.AZ/ Pakistanın şimal-şərqində Xeybər-Paxtunxva əyalətinin Mardan dairəsində partlayış nəticəsində ikisi polis olmaqla 11 nəfər yaralanıb.

"Report" "ARY News"a istinadən xəbər verir ki, partlayıcı qurğu dükanının yaxınlığına qoyulub. Sapyorlar bombada 600 qram partlayıcı maddənin olduğunu bildiriblər.

Məlumata görə, polis partlayıcı qurğunu quraşdıran silahlıların ələ keçirilməsi istiqamətində əməliyyat keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi