Pakistanın Heybər Pahtunhva əyalətində bomba yüklü avtomobilin polis məntəqəsinə hücumu və ərazi baş verən atışma nəticəsində 25 hərbçi ölüb, 27 silahlı zərərsizləşdirilib.
“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Məlumata görə, hadisə əyalətin Dera İsmayıl Xana bağlı Darazin və Kulaçi qəsəbələrində baş verib. Partlayış nəticəsində 23 hərbçi ölüb, 6 silahlı zərərsizləşib. Darazindəki atışmada 17 silahlı zərərsizləşdirilib. Kulaçidəki döyüşlərdə 2 hərbçi həyatını itirib, 4 silahlı məhv edilib.
Pakistan ordusu qruplaşma ilə bağlı məlumat yaymayıb.
Məlumata görə, 2023-cü ildə Heybər Pahtunhva və Bəlucistan əyalətlərində terror hücumlarının sayı artıb.
Pakistanın şimal-qərbində polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 24-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Bildirilib ki, hadisə dekabrın 12-də Pakistanın Əfqanıstanla sərhədində Dera İsmayıl Xan rayonunda baş verib.
Məlumata görə, partlayıcı yüklü avtomobil polis məntəqəsinə çarpılıb.
Hadisənin məsuliyyətini “Tahreek-e-Jihad Pakistan” adlı Pakistanın “Taliban” qruplaşması üzərinə götürüb. Bu qruplaşma 2007-ci ildə yaranıb. Onun hədəfi Pakistanda hakimiyyəti dəyişməkdir. “Tahreek-e-Jihad Pakistan”ın Əfqanıstandakı “Taliban”la sıx əlaqəsi olduğu bildirilib.
Pakistanın Xayber-Paxtunxva vilayətinin şimal-qərbində yerləşən polis məntəqəsində baş verən partlayış nəticəsində azı 4 polis ölüb, bir neçəsi yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, həmin vilayətin Dera İsmayıl Xan rayonunda həyata keçirilən növbəti terror aktı nəticəsində daha 28 nəfər yaralanıb.
Terror aktlarına görə məsuliyyəti qadağan edilmiş “Tahreek-e-Jihad Pakistan” terror qruplaşması öz üzərinə götürüb.