Yuxarı
    Bağlamaq

    Pakistanda partlayış: 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb

    Partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib

    Bakı. 2 sentyabr. REPORT.AZ/ Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Mərdan şəhərində iki partlayış olub.

    "Report" "Daily Pakistan"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 40-dan çox adam yaralanıb.

    Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış sonradan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilən dörd yaraqlının hücumu nəticəsində baş verib.

    Hazırda partlayış sahəsi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, istintaq-araşdırma tədbirləri həyata keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi