Naməlum şəxs Pakistanın Pəncab vilayətinin Lahor şəhərindəki beynəlxalq hava limanında atəş açıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumilikdə 3 nəfər yaralanıb, onlardan 2-si sonradan ölüb. İnsident aeroportda təşvişə səbəb olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar zərərsizləşdirilib və sorğu-sual üçün polis məntəqəsinə aparılıb. Eyni zamanda hava limanına əlavə polis bölməsi cəlb olunub. Təhlükəsizlik səbəbi ilə avtomobillərin hava limanına girişi müvəqqəti qadağan edilib.