Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub Avtobuslar Rəhim Yar Khan dairəsindəki Pəncab əyalətində yerləşən Hanupura şəhərində səhər saatlarında toqquşub
Digər ölkələr
17 Oktyabr , 2016 10:38
Pakistanda iki avtobusun toqquşması nəticəsində 30 nəfər həlak olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Pakistanda iki avtobusun toqquşması nəticəsində meydana gələn yol qəzasında 30 nəfər həlak olub, 66 nəfər isə yaralanıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, avtobuslar Rəhim Yar Khan dairəsindəki Pəncab əyalətində yerləşən Hanupura şəhərində səhər saatlarında toqquşub.

Xilasedicilərin verdiyi məlumata görə, avtobuslardan biri Karaçi şəhərindən Bahavalpur şəhərinə, ikinci avtobus isə Sadikabada doğru hərəkət edib.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Həkimlər onlara bütün lazımi yardımı göstərir.

Son xəbərlər

Orphus sistemi