Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 09 iyul, 2022
  • 19:20
Pakistanda güclü yağışlar 76 nəfərin həyatına son qoyub

Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb.

"Report" bu barədə yerli mətbuata istinadən xəbər verir.

İyulun 5-də Pakistanın əksər bölgələrinə yağan güclü yağışlar sakinlərin həyatına mənfi təsir göstərib.

Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb. Şəhərin bir çox yerlərində yollar, yaşayış binaları və müəssisələr su altında qalıb.

Güclü leysan Pakistanın paytaxtı və Ravalpindi şəhərində də baş verib.

44 filmi