Yuxarı

​Pakistanda cinayətkar dəstə ilə atışmada 10 polis əməkdaşı həyatını itirib

Əməliyyat müvəqqəti dayandırılıb

Bakı. 14 aprel. REPORT.AZ/Pakistanda cinayətkar aləmdə avtoritet sayılan Çxotaya qarşı keçirilən əməliyyat nəticəsində 10 polis əməkdaşı öldürülüb, 25 nəfər girov götürülüb. "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əməliyyat ölkənin Pəncab əyalətinin Racanpur dairəsində keçirilib.

42 polis əməkdaşı ilə cinayət qruplaşmanın 200-ə yaxın yaxşı silahlısı arasındakı atışma nəticəsində 10 asayiş keşikçisi həlak olub, 1-i yaralanıb, 1-i isə itkin düşüb. Yerli polis bölməsi bildirib ki, cinayətkar qruplaşmanın bir neçə üzvü öldürülüb, 15-i yaralanıb, qalanları isə gizlənib. Dəstənin başçısı Qulam Rəsul (Çxota adı ilə tanınır) ratsiya vasitəsi ilə polislə əlaqə saxlayaraq, bildirib ki, mühasirəni dayandırmasalar, girovların hamısını öldürəcəklər. Əməliyyat müvəqqəti dayandırılıb. Polis silahlı qüvvələrdən iki hərbi helikopter istəyib.

Bir neçə gün öncə polis Çxotanın qruplaşmasının iki əsas üzvü - Əli Qul Bazgir və onun qardaşını zərərsizləşdirib. Əli Qul Bazgir 19-dan artıq cinayət işində iştirak edib. Onların arasında qətl, qarət və adam oğurluğu da var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi