​Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər həyatını itirib

​Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər həyatını itirib Partlayış Pakistan Müsəlman Liqasından olan millət vəkilinin ofisində baş verib
Digər ölkələr
14 Oktyabr , 2015 17:21
​Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər həyatını itirib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Pakistan deputatının qərargahında baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 13 insan isə yaralanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, partlayış hazırkı baş nazir Nəvaz Şərifin başçılıq etdiyi Pakistan Müsəlman Liqasından olan deputat Sərdar Amcad Faruk Xan Xosanın Pəncab əyalətinin Dera Qazi Xan şəhərindəki ofisində yanğına səbəb olub. Millət vəkili partlayış zamanı ofisdə olmadığından xəsarət almayıb.

"7 nəfər ölüb, 13 insan isə yaralanıb. Xəsarət alanlar Tauns şəhər xəstəxanasına yerləşdiriliblər", - yerli polis rəisi Xan Qulam Mubassir Maken bildirib.

Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər briqadaları işləyir. Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Partlayışa görə məsuliyyəti Pakistanın "Taliban" hərəkatı üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi