Pakistan Hindistan vətəndaşı olan dustaqların siyahısını bu ölkəyə təqdim edib

Pakistan Hindistan vətəndaşı olan dustaqların siyahısını bu ölkəyə təqdim edib Pakistan hökuməti həbsxanalarda saxlanılan 261 hindistanlı dustağın siyahısını həmin ölkəyə təqdim edib.
Digər ölkələr
1 İyul , 2019 14:49
Pakistan Hindistan vətəndaşı olan dustaqların siyahısını bu ölkəyə təqdim edib
ТАСС

Pakistan hökuməti həbsxanalarda saxlanılan 261 hindistanlı dustağın siyahısını həmin ölkəyə təqdim edib.

“Report” DND-yə istinadən xəbər verir ki, bunlar arasında 52 mülki şəxs və 209 balıqçı var.

İyulun 11-14-də Kərtərpur dəhlizinə dair növbəti danışıqar keçirməyi təklif edən Hindistan hökuməti də Pakistan tərəfinə ölkəsindəki pakistanlı dustaqların siyahısını təqdim edəcək.

Hər iki ölkənin Pəncab bölgəsindəki sərhəddə 1999-cu ildə açılmış Kərtərpur dəhlizindən siqh zəvvarları Pakistan ərazisində yerləşən Kərtərpur ziyarətgahına gəlib-gedirlər.

Xatırladaq ki, bu il fevral ayında iki ölkə arasında Hindistanın Cəmmu və Kəşmir ştatında növbəti dəfə hərbi toqquşma baş vermişdi.

Son xəbərlər

Orphus sistemi