​Pakistan hərbçiləri "Taliban"ın 15 döyüşçüsünü zərərsizləşdirib

​Pakistan hərbçiləri "Taliban"ın 15 döyüşçüsünü zərərsizləşdirib Ötən bir həftə ərzində hərbçilərin keçirdikləri əməliyyat nəticəsində 80-dən çox silahlı məhv edilib
Digər ölkələr
28 Mart , 2015 14:42
​Pakistan hərbçiləri Talibanın 15 döyüşçüsünü zərərsizləşdirib

Bakı. 28 mart. REPORT.AZ/ Pakistan ordusunun əsgərləri Əfqanıstanla sərhəddə yerləşən Xayber rayonunda "Taliban" hərəkatının 15 döyüşçüsünü öldürüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, 30-a yaxın silahlı Tirah vadisindəki nəzarət-buraxılış məntəqəsinə basqın edib.

Hadisə nəticəsində 3 hərbçi yaralanıb.

Xatırladaq ki, martın 24-də ABŞ-ın pilotsuz uçan aparatlarının "Taliban" döyüşçülərinin Xayberdəki mövqeyinə hücumu nəticəsində 10 döyüşçü öldürülmüşdü.

Rəsmi məlumatlara əsasən, ötən bir həftə ərzində Pakistan hərbçilərinin keçirdikləri əməliyyat nəticəsində 80-dən çox silahlı zərərsizləşdirilib. Həmin əməliyyatlar nəticəsində 7 hərbçi ölüb. 

Son xəbərlər

Orphus sistemi