Yuxarı

​Özbəkistanla Tacikistan arasında aviasiya reysləri bərpa olunur

İki ölkə arasında bu sahədə əlaqə siyasi məsələlər səbəbindən 22 ildir kəsilib

Bakı. 25 fevral. REPORT.AZ/ Özbəkistan Hava Yolları şirkəti Tacikistan paytaxtı Düşənbənin Beynəlxalq Hava limanının ünvanına xidmət haqqı ilə bağlı təkliflərini göndərməyi istəyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu haqda Düşənbə hava limanının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, cari ilin martından Daşkənd-Düşənbə-Daşkənd aviareysləri bərpa olunacaq. Bu əlaqə iki dövlət arasında münasibətlərin normallaşdırılmasının ilkin əlaməti kimi də dəyərləndirilir.

İki ölkə arasında aviasiya əlaqəsi siyasi məsələlər səbəbindən 1993-cü ildən kəsilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi