Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb Daha bir fəhlə xəstəxanaya yerləşdirilib
Digər ölkələr
22 Sentyabr , 2017 07:59
Özbəkistanın qaz emalı zavodunda üç nəfər ölüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Özbəkistanın cənubunda yerləşən Kaşkadarin vilayətinin Mübarək qaz emalı zavodunda üç nəfər qazdan zəhərlənərək ölüb.

"Report" xəbər verir ki, daha bir fəhlə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti qənaətbəxşdir.

Respublikanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, insident propan-butan qarışığının alınması üzrə filtr-separator qurğusunun daxili hissəsinin təmir-təmizləmə işləri zamanı yol verilən ehtiyatsızlıq üzündən baş verib.

Son xəbərlər

Orphus sistemi