Yuxarı

Özbəkistanın Prezident Aparatı İslam Kərimovun ölüm xəbərini təkzib edib

Mənbə insult keçirən dövlət başçısının vəziyyətinin stabil olduğunu bildirib

Bakı. 30 avqust. REPORT.AZ/ Özbəkistanın Prezident Aparatındakı mənbə ölkə başçısı İslam Kərimovun ölüm xəbərini təkzib edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, mənbə insult keçirən dövlət başçısının vəziyyətinin stabil olduğunu bildirib.

Respublika rəhbərliyinə yaxın mənbədən "İnterfax"a verilən məlumata görə, "həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər".

Rusiyanın Özbəkistandakı səfirliyindən prezidentin ölüm xəbərini nə təsdiq, nə də təkzib ediblər.

Bundan əvvəl ölkənin "Ferqana" agentliyi İslam Kərimovun 79 yaşında beyninə qan sızması nəticəsində öldüyü barədə xəbər yaymışdı. Xəbəri "Qazeta.ru"ya Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov da ölkədəki mənbəsinə istinadla təsdiq etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi