Özbəkistanda seçici fəallığı 70%-i ötüb

Özbəkistanda seçici fəallığı 70%-i ötüb Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir.
Digər ölkələr
24 Oktyabr , 2021 16:56
Özbəkistanda seçici fəallığı 70%-i ötüb

Özbəkistanda keçirilən prezident seçkilərində seçici fəallığı 71,8 faiz təşkil edir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Bəhrom Kuçkarov bildirib.

MSK rəsmisi deyib ki, saat 17:00-a olan məlumata görə, 14 milyon 258 min 780 seçici səs verib.

Seçkilər üçün 10 761 seçki məntəqəsi yaradılıb. 37 ölkədə xaricdəki vətəndaşlara səs vermək üçün 54 stasionar seçki məntəqəsi açılıb.

15:13

Özbəkistanda prezident seçkilərində səsvermə əhalinin yüksək fəallığı ilə keçirilir.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının mətbuat mərkəzinin rəhbəri Caloliddin Usmanov məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 13:00-a artıq seçicilərin 50%-dən çoxu səs verib.

Beləliklə, 10 milyon 462 min 575 nəfər və ya seçicilərin 52,7%-i öz səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov, Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova, Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov, Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Son xəbərlər

Orphus sistemi