Özbəkistanda koronavirusa yoluxanların sayı 3,3 mini ötüb

Özbəkistanda koronavirusa yoluxanların sayı 3,3 mini ötüb Özbəkistanda daha 29 nəfərdə koronavirus aşkarlanıb.
Digər ölkələr
27 May , 2020 04:42
Özbəkistanda koronavirusa yoluxanların sayı 3,3 mini ötüb

Özbəkistanda daha 29 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma hallarının sayı 3 290-a çatıb.

Mərkəzi Asiya ölkəsində COVID-19-a yoluxan 2 624 nəfər sağalıb, hazırda 587 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu ötüb. Bunların 2,4 milyon nəfərdən çoxu sağalıb, 350 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi