Özbəkistanda koronavirusa ilk yoluxma qeydə alındı

Özbəkistanda koronavirusa ilk yoluxma qeydə alındı Özbəkistanın Fransadan qayıtmış vətəndaşında COVID-19 infeksiyasına ilk yoluxma qeydə alınıb.
Digər ölkələr
707
15 Mart , 2020 10:57
Özbəkistanda koronavirusa ilk yoluxma qeydə alındı

Özbəkistanın Fransadan qayıtmış vətəndaşında COVID-19 infeksiyasına ilk yoluxma qeydə alınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya agentliyi bildirib.

Agentliyin “Facebook” səhifəsində qeyd edilir ki, virus Fransadan qayıtmış vətəndaşda aşkarlanıb. Məlumata görə, virusa yoluxan şəxslə təmasda olanlar müəyyən edilib, onunla birlikdə Fransadan Özbəkistana gəlmiş sərnişinlərin siyahısı təşkil olunub, onların yaşadığı yerlərin müəyyən edilməsi və tibbi nəzarət altına alınması üzrə iş aparılır.

"Bu vəziyyətlə əlaqədar narahatlıq üçün səbəb yoxdur. Bütün lazımi antiepidemik tədbirlər görülür", - xəbərdə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi