Özbəkistan 4 qonşu dövlətlə sərhədlərini müvəqqəti bağlayıb

Özbəkistan 4 qonşu dövlətlə sərhədlərini müvəqqəti bağlayıb Qadağa iyunun 25-dək qüvvədə olacaq
Digər ölkələr
15 İyun , 2016 11:04
Özbəkistan 4 qonşu dövlətlə sərhədlərini müvəqqəti bağlayıb

Bakı. 15 iyun. REPORT.AZ/ Özbəkistan 4 qonşu dövlətlə sərhədlərini müvəqqəti bağlayıb. 

"Report" RBK-ya istinadən xəbər verir ki, bu gündən etibarən Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşları, həmçinin nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olması məhdudlaşdırılıb. 

Qadağa iyunun 25-dək qüvvədə olacaq. 

"İnterfaks" agentliyinin məlumatına görə, bu məhdudiyyət yalnız Oş vilayətinin Barak Qarasu rayonunun (bu ərazi Özbəkistan sərhədləri çərçivəsində yerləşən Qırğızıstanın anklav zonasıdır) sakinləri üçün istisna edilib və onlar əvvəlki qaydada sərhədi keçə biləcəklər.

Özbəkistan hökumətinin son qərarının nə ilə bağlı olduğu məlum deyil. Çünki rəsmi Daşkəndin 4 dövlətdən başqa Əfqanıstanla da sərhədə malikdir. 

Qeyd edək ki, iyunun 23-24-də Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) yubiley sammiti keçiriləcək. "CA-NEWS" nəşri Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən beynəlxalq tədbir zamanı ölkədə təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini yazıb. Belə ki, Daşkəndin bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq. 

Son xəbərlər

Orphus sistemi