Ötən il Fransada 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən qovulub

Ötən il Fransada 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən qovulub Fransada mənzilindən qovulan vətəndaşların sayı kəskin artıb.
Digər ölkələr
28 Oktyabr , 2019 19:42
Ötən il Fransada 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən qovulub

Fransada mənzilindən qovulan vətəndaşların sayı kəskin artıb.

"Report"un Fransa bürosu xəbər verir ki, ölkənin "Abbe Pierre" fondundan jurnalistlərə bildiriblər ki, 2018-ci ildə ölkədə 36 min şəxs kirayə haqqını ödəyə bilməməsi səbəbindən mənzilindən zorla çıxarılıb.

Onlardan 15 min 993 nəfəri evlərindən polisin müdaxiləsi ilə qovulur və bu da əvvəlki ilə nisbətən 2,9% çoxdur.

Fonddan verilən məlumata görə, ölkədə mənzilini məcburi şəkildə tərk edənlərin sayı bundan iki, yaxud üç dəfə daha artıqdır. Lakin çox zaman ailələri polisin müdaxiləsini gözləmədən mənzillərini könüllü surətdə tərk etməyə məcbur edirlər.

"Abbe Pierre" fondu qış fəslinin yaxınlaşması səbəbindən həmin insanların taleyi ilə bağlı öz narahatlığını bildirib, hökuməti təcili tədbirlər görməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi