​Ötən il ABŞ-da baş verən yol qəzalarında 32,7 min adam ölüb

Digər ölkələr
  • 24 noyabr, 2015
  • 18:19
​Ötən il ABŞ-da baş verən yol qəzalarında 32,7 min adam ölüb

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi Milli İdarəsinin məlumatına görə, 2014-cü ildə ölkədə baş verən yol qəzalarında 32,7 min nəfər adam ölüb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu rəqəm 2013-cü ilin göstəricisinə nisbətdə 0,1% çoxdur.

İdarə yollarda ölümün əsas səbəbləri - diqqətsiz hərəkət və sürət həddini aşma ilə mübarizənin yeni üsullarını düşünüb tapmaq üçün bir sıra görüşlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, Birləşmiş Ştatların əhalisi 326 milyon nəfərdir.