Orban: “Brüsseldən ürəyim bulanır”

Orban: “Brüsseldən ürəyim bulanır” Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, artıq Avropa İttifaqının (Aİ) Budapeştə öz qərarlarını tətbiq etmək cəhdlərindən bezib.
Digər ölkələr
23 dekabr 2023 20:40
Orban: “Brüsseldən ürəyim bulanır”

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, artıq Avropa İttifaqının (Aİ) Budapeştə öz qərarlarını tətbiq etmək cəhdlərindən bezib.

"Report" xəbər verir ki, siyasətçinin sözlərinə görə, Aİ Ukraynaya yardımı genişləndirmək, yəni “Kiyevə macarların pulunu vermək” üçün ianələrin artırılmasını və Aİ büdcəsinə düzəlişlər etməyi təklif edir.

“Mənin də həmçinin Brüsseldən ürəyim bulanır. Əsas məsələ mövcud vəziyyətdən hansı nəticə çıxarmaqdır”, - deyə o qeyd edib.

Macarıstanın baş naziri həmçinin izah edib ki, Budapeştin irəliləməsi, öz mövqelərini genişləndirməsi, müttəfiqlər toplaması və Aİ-ni təkmilləşdirməsi lazımdır.

Son xəbərlər

Orphus sistemi