Odre Azula YUNESKO-nun baş direktoru təyin edilib

Odre Azula YUNESKO-nun baş direktoru təyin edilib YUNESKO-nun Baş Konfransı sessiyasının iştirakçılarının əksəriyyəti bu qərarın lehinə səs verib
Digər ölkələr
10 Noyabr , 2017 16:41
Odre Azula YUNESKO-nun baş direktoru təyin edilib
UNESCO

Bakı. 10 noyabr. REPORT.AZ/ Fransanın keçmiş mədəniyyət və kütləvi kommunikasiyalar naziri Odre Azule bu gün Elm Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatının (YUNESKO) baş direktoru olaraq təsdiqlənib.

"Report" TASS-a istinadən xəbər verir ki, YUNESKO-nun Baş Konfransı sessiyasının iştirakçılarının əksəriyyəti bu qərarın lehinə səs verib.

Fransanın 45 yaşlı nümayəndəsi bu postda bolqarıstanlı diplomat və alim, akademik, 2009-cu ildən etibarən ən böyük beynəlxalq strukturlardan birinə rəhbərlik edən İrina Bokovanı əvəz edəcək.

O.Azule təşkilatın etibarlılığını gücləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, YUNESKO-nun əsas vəzifəsi davamlı sülhün yaradılmasına çalışmaqdır.

Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlər arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olub. O, səsvermənin birinci mərhələsindən sonra namizədliyini geri götürüb.

Son xəbərlər

Orphus sistemi