Yuxarı

Obama və Putin arasında Böyük 20-lər sammitində qeyri-rəsmi görüş olub

Bu, sadəcə ayaqüstü görüşdən daha uzun, təxminən 30 dəqiqə sürən bir söhbət olub

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Türkiyədə Antalyada Böyük 20-lərin sammiti çərçivəsində qeyri-rəsmi görüş keçirib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, iki lider arasında söhbətin nə qədər çəkdiyi haqda dəqiq məlumat verilməyib, lakin Türkiyə mediasının bildirdiyinə görə, bu, sadəcə ayaqüstü görüşdən daha uzun, təxminən 30 dəqiqə sürən bir söhbət olub.

Obama və Putin arasında müzakirələr zamanı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays və Rusiya prezidentinin yardımçısı iştirak edib. Görüş Böyük 20-lər sammitinə qatılan liderlər üçün zirvə görüşünün keçdiyi mehmanxanada ziyafət zamanı baş verib.

Türkiyə televiziyasında Obama və Putin arasında danışıqların video görüntüləri nümayiş etdirilsə də, onlar arasında müzakirələrin mövzusu haqda məlumat verilməyib.

Liderlər arasında görüş ABŞ, Rusiya və başqa ölkələrin Suriyada vətəndaş müharibəsinin sona çatdırılması üçün yeni diplomatik səyləri müzakirə etdiyi vaxt baş tutub.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi