Yuxarı

​Obama: "İstanbuldakı terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib"

Prezident terror aktı ilə bağlı başsağlığı verib

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbul hava limanında 40-dan çox insanın ölümünə səbəb olan terror aktı bütün dünya ictimaiyyətinə qarşı yönəlib.

"Report" xəbər verir ki, bunu çərşənbə günü ABŞ prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı bildirib.

"Prezident (Obama) İstanbulun hava limanında törədilən terror aktı ilə bağlı başsağlığı vermək və ABŞ-ın Türkiyə ilə həmrəy olduğunu təsdiq etmək üçün prezident Ərdoğan ilə telefonda danışıb", — deyə Ağ evin bununla bağlı bəyanatında bildirilir.

Qeyd olunur ki, Obama martda Brüsseldə olduğu kimi, bu terror aktının da dünya ictimaiyyətinə qarşı hücum olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi