Yuxarı
    Bağlamaq

    Obama: "İranla razılıq Amerikanı daha təhlükəsiz edir"

    İranın nüvə silahı istehsal etməsi artıq mümkün deyil

    Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi razılığı müdafiə edərək, bunun İranın nüvə silahına malik olmamasını təmin etməyin ən yaxşı yolu olduğunu deyib. 

    "Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, İranla əldə edilmiş razılığı skeptik ABŞ qanunvericiləri və eyni zamanda Amerika ictimaiyyəti qarşısında müdafiə etməyə çalışan prezident Obama onun həm də nüvə silahı yarışının qarşısının alınması və Yaxın Şərqdə daha çox müharibəyə yol verilməməsində əhəmiyyət daşıdığına təkid edib.

    Ağ Evdə keçirilən mətbuat konfransında danışan prezident Obamanın sözlərinə görə, razılaşma ilə İranın nüvə bombası istehsal etməsi qarşısında bütün imkanlar bağlanıb. O həmçinin bildirib ki, bu razılaşma Birləşmiş Ştatlar, onun müttəfiqləri və dünyanı daha təhlükəsiz edir.

    Amerika lideri ABŞ-ın Konqresdə sənədin nəzərdən keçirilməsi prosesində onu təsdiq etmək imkanını əldən versə, “tarix bizi çox sərt mühakimə edəcək” deyib. Onun sözlərinə görə, İranla yekun razılaşmasının əldə edilməsi şansı bir də olmaya bilərdi.

    Obama həmçinin ABŞ-ın başçılığı ilə müzakirələr prosesinin Amerikanın liderliyini nümayiş etdirdiyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi