Obama: "Hillari Klinton səhv edib, ancaq milli maraqlara zərər vurmayıb"

Obama: "Hillari Klinton səhv edib, ancaq milli maraqlara zərər vurmayıb" ABŞ prezidenti sabiq dövlət katibi ilə bağlı qalmaqala münasibətini bildirib
Digər ölkələr
13 Oktyabr , 2015 07:48
Obama: Hillari Klinton səhv edib, ancaq milli maraqlara zərər vurmayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama hesab edir ki, sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton xidməti yazışmalar apararkən şəxsi elektron poçtundan istifadə etdikdə səhv addım atıb. Lakin onun bu mövqeyi milli maraqlara zərər vurmayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, Ağ Ev başçısı bu fikirləri CBS telekanalına müsahibəsində səsləndirib.

“Klinton özü də səhvini boynuna alıb. Düşünmürəm ki, bu addım ciddi fəsadlara səbəb ola bilər”, - deyə Obama vurğulayıb.

Klintonun dövlət katibi vəzifəsində işlədiyi 4 il ərzində iş poçtu olmayıb. O, iş yazışmaları üçün şəxsi poçt ünvanından istifadə edib. Bu fəaliyyət federal qanunla müəyyən edilmiş tələbi pozub.

Qanuna əsasən, vəzifəli şəxslərin əldə etdikləri və göndərdikləri elektron və kağız məktublar dövlət arxivinə aid hesab edilir və Konqresin komitələri, tarixçilər və KİV əməkdaşlarının onları tapması üçün saxlanılmalıdır.

Son xəbərlər

Orphus sistemi