Bak. 10 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Əfqanıstanda ABŞ hərbçilərinin səlahiyyətlərinin genişləndirilməsi imkanını nəzərdə tutan təşəbbüsü təqdir edib.
Bu barədə "Report" "RBK"yə istinadən xəbər verir.
Pentaqon nümayəndəsi bildirib ki, prezidentin yeni fərmanı ABŞ ordusuna ölkənin Hərbi-Hava Qüvvələrindən, o cümlədən havadan dəstəkdən daha geniş istifadə etməyə imkan yaradacaq.