Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb

Digər ölkələr
  • 09 mart, 2017
  • 00:11
Trampın göydələnləri yaxınlığında etiraz aksiyası keçirən 13 qadın saxlanılıb
Foto: "Reuters"

Bakı. 9 mart. REPORT.AZ/ ABŞ-ın hüquq-mühafizə orqanlarının əməkdaşları qadınların hüquqlarının müdafiəsi ilə bağlı nümayişlərin 13 iştirakçısını saxlayıb.

"Report" "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın meqapolis polis idarəsinin nümayəndələri bildiriblər.

Aksiyalar prezident Donald Trampın Nyu-Yorkun mərkəzindəki Manhettendəki biznes-imperiyasının iqamətgahı, həmçinin onun adını daşıyan otelin binası yaxınlığında keçirilib.

Nümayişlər 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilib. "Günsüz qadın" ("Day Without a Woman" - "Report") adını almış etiraz aksiyalarının iştirakçıları vurğulayıblar ki, indiyədək ABŞ-da cinslərin tam hüquq bərabərliyi əldə olunmayıb.

Polis nümayəndələri isə bildiriblər ki, hələlik saxlanılanlara qarşı ittihamlar irəli sürülməyib. Analoji aksiyalar həmçinin Amerikanın bir çox şəhərlərində, o cümlədən paytaxtda da keçirilib.

44 filmi