Nyu-Yorkda partlayış törətmək cəhdinin qarşısı alınıb

Nyu-Yorkda partlayış törətmək cəhdinin qarşısı alınıb ABŞ-ın Nyu-York şəhərinin Manhetten hissəsindəki Tayms meydanında partlayış törətməyə hazırlaşan bir nəfər saxlanılıb.
Digər ölkələr
7 İyun , 2019 15:31
Nyu-Yorkda partlayış törətmək cəhdinin qarşısı alınıb
ru.publika.md

ABŞ-ın Nyu-York şəhərinin Manhetten hissəsindəki Tayms meydanında partlayış törətməyə hazırlaşan bir nəfər saxlanılıb.

“Report” CBS-ə istinadən xəbər verir ki, partlayış üçün müvafiq ləvazimatlar tədarük edən həmin şəxs şəhər polisi ilə Federal Təhqiqatlar Bürosu əməkdaşlarının birgə səyləri ilə silah aldığı zaman yaxalanıb.

Adı açıqlanmayan şübhəlinin yaxın günlərdə hakim qarşısına çıxarılacağı bildirilir. Polisin məlumatına görə, həmin şəxs təkbaşına olub, yəni başqa partlayışlar təhlükəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi