Nyu-York və Vaşinqton ştatları Trampın yeni miqrasiya fərmanına etiraz edəcək

Nyu-York və Vaşinqton ştatları Trampın yeni miqrasiya fərmanına etiraz edəcək İddiaya Minnesota ştatı da qoşulacaq
Digər ölkələr
10 Mart , 2017 01:24
Nyu-York və Vaşinqton ştatları Trampın yeni miqrasiya fərmanına etiraz edəcək

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Nyu-York ştatının baş prokuroru Erik Şnayderman Vaşinqtonun Qərb dairəsinin prezident Donald Tramp tərəfindən imzalanan yeni miqrasiya fərmanına qarşı qaldırdığı iddiasına qoşulacağını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə o öz "Twitter" hesabında yazıb.

Şnayderman əlavə edib ki, iddiaya Minnesota ştatı da qoşulacaq.

Donald Tramp altı müsəlman ölkəsi vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlara girişinə qadağanı nəzərdə tutan yeni miqrasiya haqqında fərman imzalayıb. Birinci fərman ilə müqayisədə siyahıya İraqın adı daxil edilməyib.

Son xəbərlər

Orphus sistemi