Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb

Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blasio Demokrat Partiyasından prezident seçkilərində namizəd olmaq üçün aparılan yarışdan çıxıb.
Digər ölkələr
20 Sentyabr , 2019 18:26
Nyu-Yorkun meri prezident seçkilərində iştirak etmək fikrindən daşınıb
DREW ANGERER/GETTY IMAGES

ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blasio Demokrat Partiyasından prezident seçkilərində namizəd olmaq üçün aparılan yarışdan çıxıb.

“Report” NBC telekanalına istinadən xəbər verir ki, mer apardığı dörd ay seçki kampaniyası müddətində bir çox rəy sorğularına görə, seçicilərin 1 faizi, bəzən daha da az hissəsi tərəfindən dəstəklənib.

“Mənə elə gəlir ki, seçkiyə hər şeyimi sərf etmişəm. Buna mənim vaxtımın olmadığı aşkardır. Odur ki, seçki kampaniyamı başa vururam”, - Bill de Blasio deyib.

Qeyd edək ki, Bill de Blasio Demokrat Partiyasından prezidentliyə namizəd olmaq istəyən sayca 24-cü şəxsdir. Partiyanın 2020-ci il seçkilərində namizədinin seçiləcəyi qurultayın gələn il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində keçiriləcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi