ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Rusiyanın dərinliyinə amerikan istehsalı silahla vurmağa icazə verməyə getdikcə daha da yaxındır, Ağ evdə bu mövqeyə yenidən baxılmasını qaçılmaz hesab edirlər.
“Report” xəbər verir ki, bu barədə
“Prezident Bayden Ukraynadakı müharibədə onun ən mühüm qərarlarından biri ola biləcək şeyə – amerikan silahı ilə Rusiya ərazisinə zərbələr endirməyə qoyulan qadağanın ləğvinə yaxınlaşır”, – nəşr yazıb.
Mənbələr bildiriblər ki, Baydenin müşavirləri münaqişənin “nüvə rəqibi ilə birbaşa qarşıdurmaya” çevrilməsi ehtimalından narahat olsalar da, sözügedən “mövqeyin dəyişməsini qaçılmaz olduğuna inanırlar”.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ ev artıq mövcud riskləri nəzərə alaraq mövcud siyasəti yenidən nəzərdən keçirməyə başlayıb.
Məqalədə vurğulanıb ki, Vaşinqton amerikan istehsalı silahlarla Rusiyanı vurmağa icazə versə belə, Ukrayna hədəflərin seçimi və silahdan hansı şəkildə istifadə olunacağına dair “sərt məhdudiyyətlərlə” üzləşəcək.