NYT: ABŞ "Taliban"la danışıqlarda irəliləyişə nail olub

NYT: ABŞ "Taliban"la danışıqlarda irəliləyişə nail olub ABŞ qoşunlarını Əfqanıstandan qismən çıxarmağı planlaşdırır
Digər ölkələr
25 Yanvar , 2019 11:50
NYT: ABŞ Talibanla danışıqlarda irəliləyişə nail olub
Zalmay Xəlilzad
0 : 00
0 : 00

Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ "Taliban" hərəkatı ilə danışıqlar çərçivəsində Əfqanıstandan Amerika qoşunlarının qismən çıxarılmasına dair irəliləyiş əldə edib.

"Report" xəbər verir ki, "New York Times" qəzeti mənbələrinə istinadən Vaşinqtonun bunun qarşılığında "Taliban"dan onun nəzarəti altında olan ərazilərdə "Əl-Qaidə" kimi terror qruplaşmalarına sığınacaq verilməyəcəyinə dair zəmanət almaq istəyində olduğunu yazıb.

Qeyd edək ki, hazırda Dohada ABŞ və "Taliban" nümayəndələri arasında məsləhətləşmələr keçirilir. ABŞ nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad rəhbərlik edir.

ABŞ qoşunları 2001-ci ildən Əfqanıstandadır və bu, ABŞ tarixində ən uzun əməliyyatdır. Rəsmi rəqəmlərə görə, hazırda ölkədə 14 minə yaxın ABŞ hərbçisi var.

Son xəbərlər

Orphus sistemi