Bir sıra ölkələrin nüvə silahının qadağan olunması haqqında imzaladığı müqavilə gələn ilin əvvəllərində qüvvəyə minəcək.
“Report” xəbər verir ki, bu barədə nüvə silahının qadağası uğrunda Beynəlxalq kampaniya “Twitter”də bildirib.
Saziş 50 ölkə tərəfindən təsdiqlənib və 22 yanvar 2021-ci ildə qüvvəyə minəcək.
"Nüvə silahının qadağası haqqında müqaviləni 50 ölkə təsdiqlədi. O, 22 yanvar 2021-ci ildə qüvvəyə minəcək", - xəbərdə deyilir.
Daha əvvəl Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi məlumat verib ki, rəsmi Moskva nüvə silahının qadağası haqqında müqaviləyə qarşı çıxış edib. Rusiya ilə yanaşı, Böyük Britaniya, Çin, ABŞ və Fransa nüvə silahının qadağası haqqında müqavilənin bağlanmasına qarşı çıxış ediblər.