Norveç Əfqanıstandan 374 nəfəri evakuasiya edib

Norveç Əfqanıstandan 374 nəfəri evakuasiya edib Norveç tərəfindən Əfqanıstandan 374 nəfər təxliyə edilib.
Digər ölkələr
24 Avqust , 2021 10:05
Norveç Əfqanıstandan 374 nəfəri evakuasiya edib

Norveç tərəfindən Əfqanıstandan 374 nəfər təxliyə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri İne Eriksen Syoreyde məlumat verib.

Onun sözlərinə görə, Kabil aeroportu açıq qaldığı müddətdə təxliyə işləri davam etdiriləcək. Təxliyə edilənlərin arasında Norveç vətəndaşları, həmçinin Norveç, Aİ və digər beynəlxalq strukturlarla əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşları var.

Son uçuş zamanı ümumilikdə 157 nəfərin Norveçin paytaxtı Oslodakı hava limanına gətirildiyi əlavə edilib.

Son xəbərlər

Orphus sistemi