Norveç ABŞ-dan 500 milyon dollara qırıcı raketlər alır

Norveç ABŞ-dan 500 milyon dollara qırıcı raketlər alır Norveç hakimiyyəti F-35 qırıcıları üçün hava-hava tipli AMRAAM-D raketlərinin alınması üçün təxminən 5 milyard Norveç kronu (təxminən 500 milyon dollar) dəyərində ABŞ ilə ölkə tarixində ən böyük sövdələşməyə imza atıb.
Digər ölkələr
15 Noyabr , 2022 18:31
Norveç ABŞ-dan 500 milyon dollara qırıcı raketlər alır

Norveç hakimiyyəti F-35 qırıcıları üçün hava-hava tipli AMRAAM-D raketlərinin alınması üçün təxminən 5 milyard Norveç kronu (təxminən 500 milyon dollar) dəyərində ABŞ ilə ölkə tarixində ən böyük sövdələşməyə imza atıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu, həm Norveçin müdafiə qabiliyyətinin artırılması, həm də Norveç-Amerika əməkdaşlığı üçün çox mühüm addımdır", - Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

O qeyd edib ki, hazırkı qeyri-sabit təhlükəsizlik şəraitində belə razılaşmaların əldə edilməsi çox vacibdir.

Raketlər 2028-ci ilə qədər krallığa veriləcək.

Son xəbərlər

Orphus sistemi