Nikolas Maduro: "Venesuelaya hərbi müdaxilə olsa, dünya xalqları bizə kömək edəcək"

Nikolas Maduro: "Venesuelaya hərbi müdaxilə olsa, dünya xalqları bizə kömək edəcək" Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.
Digər ölkələr
20 Fevral , 2019 15:20
Nikolas Maduro: Venesuelaya hərbi müdaxilə olsa, dünya xalqları bizə kömək edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro ölkəsinə hərbi müdaxilə baş verərsə, dünya xalqlarının onlara kömək edəcəyi qənaətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Tibb Universitetinin məzunları qarşısında çıxışı zamanı bildirib.

“Venesuela hücuma məruz qalarsa, dünya xalqları da ayağa qalxaraq onlara qarşı birgə vuruşacaqlar”, - N.Maduro vurğulayıb.

Bundan əvvəl N.Maduro özünü müvəqqəti prezident elan etmiş Milli Asambleya sədri Xuan Quaidonu ölkədə parlament seçkiləri təyin etməyə çağırmışdı.

Son xəbərlər

Orphus sistemi