Maduro müxalif lider Quaydonu Venesuela parlamentində növbədənkənar seçkilər keçirməyə çağırıb

Maduro müxalif lider Quaydonu Venesuela parlamentində növbədənkənar seçkilər keçirməyə çağırıb Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro özünü Bolivar Respublikasının başçısı elan edən müxalif lider Xuan Quaydonu ölkə parlamentinə seçkilər elan etməyə çağırıb.
Digər ölkələr
20 Fevral , 2019 10:45
Maduro müxalif lider Quaydonu Venesuela parlamentində növbədənkənar seçkilər keçirməyə çağırıb

Bakı. 20 fevral. REPORT.AZ/ Venesuela Prezidenti Nikolas Maduro özünü Bolivar Respublikasının başçısı elan edən müxalif lider Xuan Quaydonu ölkə parlamentinə seçkilər elan etməyə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bəyanatı N.Maduro Tibb Universitetinin məzunları qarşısında çıxışı zamanı verib.

"Niyə görə Quaydo parlamentdə seçkilər keçirmir? Görək orada hələ qələbə qazana bilirmi?! Qoy, özünü prezident elan etmiş bu kloun hələ parlement seçkiləri təşkil etsin və onu oradan bayıra atsınlar", - Prezident deyib.

Xatırladaq ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo yanvarın 23-də Karakasda mitinq zamanı özünü dövlət başçısı elan edib.

Daha sonra Avropanın 19 ölkəsi Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Son xəbərlər

Orphus sistemi