Yuxarı

Nikaraqua fransız karikaturaçı rəssamı bu ölkəyə buraxmayıb

Hökumətin bu addımı çoxları üçün gözlənilməz oldu

Bakı. 22 May. REPORT.AZ/ Nikaraqua hakimiyyəti yanvar ayının 7-də Parisdə terror aktına məruz qalan “Charlie Hebdo“ satirik jurnalının keçmiş əməkdaşı karikaturaçı rəssam Jülyən Berjonun bu ölkəyə gəlməsinə icazə verməyib.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, rəssam yazıçıların Mərkəzi Amerika Birliyi tərəfindən təşkil edilən toplantısında satirik jurnala qarşı törədilən terror aktı qurbanlarının xatirəsinə həsr olunan mərasimdə iştirak etməli idi. Amma hakimiyyət rəsmləri onun gəlişinə qadağa qoyub.

Amerika və Avropanın 70 yazıçısının iştirak etdiyi toplantının təşkilatçısı yazıçı Sercio Ramires hökumətin bu addımının onlar üçün gözlənilməz olduğunu bildirib.

Fransanın Nikaraquadakı səfirinin rəssamla bağlı sorğusu da nəticəsiz qalıb. Səfir rəssamın Salvador və Kosta Rikada digər mədəni tədbirlərdə iştirakının da nəzərdə tutulduğunu bəyan edib.

Nikaraquanın hakimiyyət dairələri rəssamın gəlişinə qadağa qoyulması ilə bağlı izahat verməkdən boyun qaçırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi