Nigeriyada silahlı şəxslər 26 nəfəri qətlə yetiriblər

Nigeriyada silahlı şəxslər 26 nəfəri qətlə yetiriblər Bakı. 6 fevral. REPORT.AZ/ Nigeriyanın Zamfara ştatının kəndlərinə silahlı şəxslərin hücumu nəticəsində azı 26 nəfər qətlə yetirilib.
Digər ölkələr
6 Fevral , 2019 03:21
Nigeriyada silahlı şəxslər 26 nəfəri qətlə yetiriblər

Bakı. 6 fevral. REPORT.AZ/ Nigeriyanın Zamfara ştatının kəndlərinə silahlı şəxslərin hücumu nəticəsində azı 26 nəfər qətlə yetirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Legit" portalı yazıb.

Məlumata görə, hücumlardan biri Qusau rayonunda qeydə alınıb. Rayona hücum zamanı 15 nəfər həlak olub. Hücum edənlər 6 kişi və qadını əsir götürüblər. Polis nümayəndəsi Məhəmməd Şehu onları sonradan azad etməyin mümkün olduğunu deyib.

"Kəndlərdə stabil vəziyyəti bərpa etmək mümkün olub. Yaxınlıqdakı ərazilərə xüsusi qüvvələrin və hərbi hissələrin nümayəndələri göndərilib", - deyə o bildirib.

Qeyd olunur ki, ikinci silahlı hücum Bakkuium kəndinə edilib. Naməlum şəxslər burada 11 nəfəri qətlə yetirərək, evləri yandırıblar.

Son xəbərlər

Orphus sistemi